+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Emosional istismar

By Sevil Bağırova - 2 Jun 2023 519 0 comments
 Emosional istismar

Uşaqlıq dönəmində emosional istismar


İstismarın bütün formaları uşağın fiziki, əqli və sosial inkişafına mənfi təsir göstərir. Xüsusilə, uşaqlıq dövründə baş verən duyğusal istismar və laqeydlik uşaqlarda dərin izlər buraxır, onlara dünyanın güvənli yer olmadığını düşünməyə vadar edir və özlərini müdafiəsiz hiss etdirir. Bu hisslər  Emosional istismar etməklə yanaşı onun psixi inkişafına da maneə yaradır.


Emosional istismar və emosional yoxsunluq, böyüklər tərəfindən uşağın şəxsiyyətinə zərər verən və onun emosional inkişafına mane olan davranış kimi müəyyən edilir. Emosional inkişafı pozulan uşaqların həyat keyfiyyəti aşağı düşür və gələcək həyatlarında ciddi psixoloji və ünsiyyət problemləri yaşayırlar.
Əksər araşdırmalara görə, övladına istismar edən insanların uşaqlıq illərində də zorakılığa məruz qaldığı məlum olmuşdur. Fiziki istismar hallarının 90%-də emosional istismar aşkar edildiyi halda, emosional istismar fiziki və cinsi zorakılıq olmadıqda da baş verə bilər.


Uşaqlıqdakı duyğusal yoxsunluq və ya istismarın uzunmüddətli mənfi təsirləri olduğu bilinməkdədir:
İnkişafın geriləməsi, uyğunlaşma problemləri, güvənsiz bağlanma, depressiv və dissosiativ simptomlar, şəxsiyyət pozğunluqları, travma sonrası stress pozğunluğu, aşağı IQ səviyyələri, həmyaşıdlarla münasibətlərin pozulması, aşağı özünə hörmət, akademik uğursuzluq, davranış problemləri, özünə laqeydlik, uşaqlarda intihar davranışı, introversiya və ya aqressivlik, yemək və yuxu pozğunluqları, erkən cinsi davranışlar görülə bilər.


Emosional istismara- şifahi təhqir, fiziki olmayan, lakin ciddi cəzalar və ya hədələr daxildir: uşaqlara qışqırmaq, rədd etmək, alçaltmaq, söymək, onları tək buraxmaq, aldatmaq, hədələmək, emosional ehtiyaclarını ödəməmək, yaşlarından yuxarı məsuliyyət yükləmək, ayrı-seçkilik etmək, görməməzlikdən gəlmək, alçaltmaq, həddindən artıq təzyiq. Bu cür davranışlara məruz qalan uşaqlarda ailədən uzaqlaşma, əsəbilik, asılı şəxsiyyət kimi inkişaf, dəyərsizlik hissi, uyğunlaşmayan və aqressiv davranışlar özünü göstərə bilər. Bundan əlavə, emosional zorakılıq uşaqların fiziki və əqli inkişafına da mənfi təsir göstərə bilər. Bu uşaqlar normal zehni qabiliyyətə malik olsalar da, öyrənmədə çətinlik və diqqətin yayınması kimi problemlər yaşayarlar. Buna görə də, emosional istismar uşağın həm şəxsiyyətinə, həm də uğuruna mənfi təsir göstərir.

 

Psixoloq Sevil Bağırova


 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!